RU

TRIPP layihəsi Mərkəzi Asiyanın iqtisadi inkişafı üçün böyük imkanlar açır - Tramp

BAKI,TurkicWorld

ABŞ Prezidenti Donald Tramp Mərkəzi Asiya ölkələrinin liderləri ilə keçirilən işgüzar şam yeməyi zamanı TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsinin əhəmiyyətindən danışıb.

TurkicWorld xəbər verir ki, Tramp layihənin region üçün mühüm iqtisadi potensiala malik olduğunu vurğulayıb. "Üç ay əvvəl administrasiyam Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişi imzaladı — bu, səkkiz ayda sona çatdırdığımız səkkiz münaqişədən biridir", – deyə ABŞ Prezidenti qeyd edib.

O, TRIPP marşrutunun strateji və iqtisadi baxımdan əhəmiyyətinə diqqət çəkərək bildirib ki, bu yeni yol dünyanın vacib ticarət istiqamətlərindən keçəcək və Xəzər dənizi regionunda iqtisadi fəallığı artıracaq.

"Mən inanıram ki, bu razılaşma Mərkəzi Asiya ölkələrinin inkişafına real töhfə verəcək. Əgər bu gün burada olan hər bir dövlət təqdim etdiyimiz fürsəti dəyərləndirsə, sülhün və rifahın faydalarından tam yararlana biləcək", – deyə Tramp əlavə edib.

Избранный
16
2
turkic.world

3Источники