RU

"Tesla" səhmdarları İlon Maskın maaş paketini təsdiqləyirlər

Müəllif:Mehin Qasımova,Banco.az

"Tesla" şirkətinin səhmdarları baş icraçı direktor İlon Mask üçün təxminən 1 trilyon dollar dəyərində yeni performans əsaslı maaş paketini təsdiqləyiblər.

Banco.az xəbər verir ki, qərar şirkətin Texas ştatının Ostin şəhərində keçirilən illik səhmdarlar yığıncağında qəbul edilib.

Səsvermənin nəticələrinə görə, səhmdarların 75 faizindən çoxu “2025-ci ilin CEO Performans Mükafatı” təklifinin lehinə səs verib.

Tesla-nın Direktorlar Şurası sentyabr ayında səhmdarlara göndərdiyi məktubda qeyd edib ki, Mask bu nəhəng ödənişi almaq üçün bir sıra fövqəladə performans göstəricilərinə nail olmalıdır.

Bu göstəricilərə aşağıdakılar daxildir:

  • Tesla-nın robotaxi biznesinin genişləndirilməsi,

  • Şirkətin bazar dəyərinin 7,5 trilyon dollar artması,

  • və Maskın şirkətdə ən azı 7,5–10 il ərzində rəhbər vəzifədə qalması.

Əgər Tesla-nın bazar dəyəri 8,5 trilyon dollara çatsa, İlon Mask şirkətin səhmlərinin təxminən 12 faizinə sahib olacaq. Bu da ümumilikdə təxminən 1 trilyon dollar dəyərində ödəniş deməkdir.

Yeni paket, Maskın həm Tesla-nın dəyərini artırması, həm də uzunmüddətli liderlik öhdəliyini davam etdirməsi üçün rekord həcmli motivasiya proqramı kimi qiymətləndirilir.

Избранный
50
19
banco.az

10Источники