RU

“Barselona”nın keçmiş məşqçisi “Atlanta Yunayted”də FOTO

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

ABŞ-ın “Atlanta Yunayted” klubu rəsmi saytında 62 yaşlı Xerardo Martinonun baş məşqçi təyin olunduğunu açıqlayıb.

İdman.Biz bildirir ki, argentinalı məşqçinin müqaviləsi 2027-ci il MLS mövsümünün sonuna qədərdir.

Martino daha əvvəl 2017-ci ilin yanvar ayından 2018-ci ilin dekabr ayına qədər “Atlanta” komandasını çalışdırıb. Onun rəhbərliyi altında klub MLS Kubokunu qazanıb.

Argentinalı məşqçi karyerası ərzində 2013-14-cü illərdə “Barselona” klubunu da idarə edib. Martinonun “Atlanta”nı idarə etməzdən əvvəl son komandası “İnter Mayami” olub.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
1
icma.az

2Источники