RU

Bill Qeytsdən gözlənilməz XƏBƏRDARLIQ: Süni intellekt bəşəriyyət üçün təhdiddir!

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bill Qeyts süni intellektin yaradılmasına görə peşman olduğunu etiraf edib.

Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, “Microsoft”un 70 yaşlı qurucusu Bill Qeyts ilk dəfə olaraq texnologiyaların inkişafında oynadığı rola görə peşmançılıq hissi keçirdiyini, süni intellekti “insanlıq üçün real təhdid” adlandırıb.

O, bu fikirləri 2026-cı ilin fevralında nəşri planlaşdırılan ilk memuar kitabı “İlkin kod: mənim başlanğıcım” münasibətilə verdiyi bir sıra müsahibələrdə söyləyib.

Kitab üç hissədən ibarət trilogiyanın birinci cildi olacaq və Qeytsin “Microsoft”un yaradılmasından tutmuş qlobal səhiyyə və yoxsulluğa qarşı mübarizə təşəbbüslərinə qədər keçdiyi yolu əhatə edir. Müəllif Sietldəki uşaqlıq illərindən, Harvard təhsilindən və Pol Allenlə tanışlığından bəhs edir. O, özünü “isarəçi və həddindən artıq diqqətcil uşaq” kimi təsvir edərək, davranışının bu gün autizm kimi qiymətləndirilə biləcəyini qeyd edir.

Kitabın əsas hissəsi texnoloji tərəqqinin nəticələrinə həsr olunub. Qeyts rəqəmsal dövrün gözlənilməz dağıdıcı təsirlərinin olduğunu etiraf edir. O, süni intellektin inkişafı ilə bağlı üç əsas təhlükəni vurğulayır: Süni intellektin silah kimi istifadəsi, genişmiqyaslı iş yerlərinin itirilməsi və superağıllı sistemlər üzərində nəzarətin itməsi.

Onun sözlərinə görə, süni intellekt çox sürətlə irəliləyir, hökumətlər isə tənzimləmə məsələlərində geri qalır. “Biz yaxşı insanların pis niyyətli şəxslərdən qorunması üçün müvafiq texnologiyalara sahib olduğundan əmin olmalıyıq”, - Qeyts çağırış edərək, təhlükəsizlik sistemlərinin də İA əsaslı olması zərurətini vurğulayıb.

Qeyts həmçinin, internet və sosial şəbəkələrin cəmiyyətə təsiri ilə bağlı narahatlığını bildirib: “Biz interneti sonsuz bilik mənbəyi kimi görürdük və bunun tam xeyir gətirəcəyinə inanırdıq. Amma sosial şəbəkələrin gətirdiyi xəstəliyi heç kim gözləmirdi”.

Onun fikrincə, məhz texnoloji platformalar dünyada siyasi və sosial parçalanmanı dərinləşdirib.

Milyarder kriptovalyutaları da kəskin tənqid edib, onların “real faydasının olmadığını” deyərək rəqəmsal aktivlərə inanmağı “ağıllı insanlar üçün belə yanılma” adlandırıb.

Bununla belə, Qeyts həyat yolunu təhlil etməkdən imtina etmədiyini vurğulayıb. Memuarın ikinci hissəsi “Microsoft”da iş illərinə, 1990-cı illərin rəqabət mübarizəsinə və məhkəmə proseslərinə həsr olunacaq. Üçüncü hissə isə Qeyts Fondunun fəaliyyəti və xeyriyyəçilikdən bəhs edəcək.

Qeyts qeyd edir ki, texnoloji elita ilə bağlı baxışları dəyişib və uğurun insanı hər sahədə mütəxəssis etmədiyini anlayıb. O, yeni nəsil milyarderlərin - İlon Maskdan tutmuş Mark Zukerberqə qədər cəmiyyət və siyasətə həddən artıq müdaxilə etdiyini deyib.

Milyarder “hakimiyyətə can atan supervarlılar klubunun üzvü kimi görünmək istəmədiyini” bildirərək, daha çox vergi verməyə hazır olduğunu deyib. Onun hesablamalarına görə, fərqli vergi sistemində o, 14 deyil, 40 milyard dollar ödəməli olardı.

Qeytsin memuarları dünyanı dəyişən texnoloji nailiyyətlərin eyni zamanda gələcək üçün necə təhlükə yarada biləcəyinə dair düşüncələr toplusu olacaq.

“Yeni nəsil texnoloqlar yalnız qazanc deyil, ideyalarının nəticələri haqqında da düşünməlidir”, - Qeyts sözlərini tamamlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
1
www.bakupost.az

2Источники