RU

“Lukoil” Xəzərdən hasil etdiyi neftini Bakıya deyil, Mahaçqalaya yönləndirməyə başlayıb

Şirkət neftin Novorossiysk üzərindən ixracına üstünlük verir...

Poliqon xəbər verir ki, “Reuters” Agentliyinin iki mənbəyə istinadla verdiyi məlumata görə, “Lukoil” Xəzər dənizindəki yataqlardan hasil etdiyi neftin Bakı limanına tədarükünü dayandırıb və həcmləri Mahaçqala limanına yönəldib. Yeni marşrut neftin daha sonra Novorossiysk üzərindən ixracını nəzərdə tutur.

Mənbələrin bildirdiyinə görə, noyabrın 6-da Mahaçqalaya “Lady Leila” adlı, Rusiya bayrağı altında üzən tanker gələcək. Tankerdə “Korçagin” yatağından çıxarılan təxminən 5 min ton neft olacaq. Ümumilikdə, “Lukoil” noyabr ayı ərzində Mahaçqalaya 30 min tonadək neft göndərəcək. Dekabrdan etibarən isə şirkət daha əvvəl Bakı istiqamətində daşınan bütün həcmləri, təxminən 130 min ton xam nefti Rusiya limanına yönləndirməyi planlaşdırır.

Məlumata görə, Mahaçqala limanında neft əvvəlcə “Dağneftprodukt” şirkətinin anbarlarına boşaldılır, daha sonra isə Məhəçqala–Novorossiysk boru kəməri vasitəsilə nəql olunur. Bu kəmər Baku–Novorossiysk nəql sisteminin bir hissəsini təşkil edir və əsasən ixrac məqsədilə istifadə olunur.

Mahaçqala neft terminalının aylıq ötürmə gücü təxminən 400 min ton təşkil edir ki, bu da “Lukoil”in yönləndirdiyi həcmlərin asanlıqla qəbul edilməsinə imkan verir. Ekspertlərin fikrincə, bu qərar həm geosiyasi, həm də iqtisadi amillərlə bağlı ola bilər və Rusiya şirkətinin ixrac strategiyasında mühüm dəyişiklik kimi qiymətləndirilir.

Poliqon.info

Избранный
36
poliqon.info

1Источники