RU

ABŞ ordusu Venesuelada hərbi əməliyyatlara başlaya bilər

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün Vaşinqton vaxtı ilə saat 17:00-da ABŞ Senatı Venesuela ərazisində və ya ona qarşı hərbi əməliyyatlarda ABŞ Silahlı Qüvvələrinin iştirakını qadağan edən, yalnız Konqres tərəfindən sanksiyalaşdırıldığı təqdirdə icazə verilə biləcək hərbi səlahiyyətlər barədə qətnaməni səsverməyə çıxaracaq. Reyting.az xəbər verir ki, bu barədə “NBC News” yazıb.Bundan əvvəl “The Wall Street Journal” qəzeti qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Venesuelada mümkün hərbi əməliyyatla bağlı hələ yekun qərarını verməyib.Mənbələrin bildirdiyinə görə, Tramp son zamanlar ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri qarşısında Venesuela prezidenti Nikolas Maduronun hakimiyyətdən güc yolu ilə uzaqlaşdırılması ssenarisi barədə şübhələrini ifadə edib. Bununla belə, qəzet yazır ki, ABŞ prezidenti hələ də öz müşavirlərindən mümkün hərbi əməliyyat variantları barədə maraqlanır.ELÇİN Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
1
reyting.az

2Источники