RU

Almaniyada sərxoş sürücü 100 min avro cərimələnib

Berlin, 7 noyabr, AZƏRTAC

Almaniyada məhkəmə tanınmış rep ifaçısı, əslən çexiyalı Katya Krasavitseyə Leypsiq şəhərində spirtli içki qəbul etdikdən sonra avtomobil idarə etdiyi üçün yüksək miqdarda cərimə cəzası verib.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, ifaçı bayram gecəsi saat 03:20 radələrində “BMW 740d” model avtomobilini Leypsiq küçələrində yüksək sürətlə idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Yoxlama zamanı onun qanında 1,28 promil spirt aşkar edilib.

Cərimənin məbləği müəyyən olunarkən ifaçının internetdəki gəlirləri də nəzərə alınıb. Cəzanın 100 min avronu keçdiyi bildirilir. Məbləğ Saksoniya əyalətinin büdcəsinə köçürüləcək.

Qadın reper həmçinin, 10 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
11
6
azertag.az

7Источники