RU

Uitkofdan Əliyev açıqlaması: Dedik ki, niyə hücuma keçirmirsiz?

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-ın xüsusi elçisi və Donald Trampın yaxın müttəfiqlərindən biri Stiv Uitkoff Azərbaycan lideri İlham Əliyevin Ermənistanla münaqişənin həllində göstərdiyi liderlik keyfiyyətlərini yüksək qiymətləndirib.

Globalinfo.az-ın xəbərinə görə, Uitkoff bu barədə “Fox News” telekanalının efirində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Tramp Oval kabinetdə İlham Əliyevlə söhbət zamanı ondan daha üstün hərbi gücə malik olduğu halda niyə hücumu davam etdirmədiyini soruşub.

Uitkoffun sözlərinə görə, Əliyev həmin vaxt belə cavab verib:

“Bizim məqsədimiz işğal altında olan torpaqlarımızı azad etmək idi. Lazımi nəticəyə nail olduqdan sonra hücumu davam etdirməyə ehtiyac qalmadı”.

ABŞ elçisi bu cavabı dövlət xadimi məsuliyyəti və liderlik nümunəsi kimi dəyərləndirib:

“Bu, mənim gördüyüm ən heyrətamiz qərarlardan biridir. Prezident Əliyev göstərdi ki, o, gücdən çox məsuliyyət və sülhü üstün tutur”.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
55
globalinfo.az

1Источники