"Azərbaycan Prezidenti İlham Əliyev işğal olunmuş əraziləri geri aldıqdan sonra Ermənistana qarşı hərbi əməliyyatları dayandırmaq qərarına gəldikdə əsl dövlətçilik nümunəsi nümayiş etdirib".
"Unikal" xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.
Onun sözlərinə görə, 8 avqustda Oval Ofisdə keçirilən görüş zamanı Tramp Paşinyanın iştirakı ilə Azərbaycan prezidentindən soruşub: "Niyə dayandınız? Qələbəniz var idi, böyük bir ordunuz var". Azərbaycan lideri isə cavab verib: "Bizdən alınanları geri almaq istəyirdim. Mənə daha çoxu lazım deyil". Bu, heyrətamiz liderlik nümunəsi idi".