“Paşinyan populist adam idi. İndi də elədir”.
Publika.az xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Elmar Məmmədyarov İTV-nin efirində yayımlanan “Təmas xətti” sənədli filmində deyib.
O qeyd edib ki, Ermənistanın özündə də Azərbaycanla sülhün əslində onlar üçün nə qədər əhəmiyyətli olduğunu bilirdilər.
Ona görə də Paşinyan 2018-ci ildə Şuşaya oynamağa gedəndə dərindən başa düşmürdü ki, nə qədər ağır məsələdir. Bu da onun evini yıxdı.
Praqa görüşündə isə o, təkamül keçirdi və dedi ki, “biz Azərbaycanla sülh imzalamalıyıq”.