RU

“Real Madrid” Dayo Upamekano ilə razılığa gəldi

“Real Madrid” “Bavariya”nın müdafiəçisi Dayo Upamekano ilə şəxsi şərtlər barədə şifahi razılıq əldə edib.

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "Foot Mercato" nəşrindən Santi Aouna yayıb.

Məlumata görə, madridlilər fransalı futbolçunu heyətinə qatmağa ən yaxın klub hesab olunur. “Real”ın rəhbərliyi bu keçidi yanvar pəncərəsində reallaşdırmaq istəyir.

Digər tərəfdən, “Bavariya” hələ də 26 yaşlı müdafiəçi ilə müqaviləni uzatmağa çalışır. Bununla yanaşı, “Paris Sen-Jermen” də Upamekanonun vəziyyətini yaxından izləyir.

Fransalı stoper bu mövsüm bütün turnirlərdə 14 oyunda forma geyinib.

Kamil Xudiyev

Избранный
30
fanat.az

1Источники