RU

Həsən Şaş: Qalatasaray 4 komandadan başqa hər kəsi məğlub edər

ain.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qalatasaray"ın UEFA Çempionlar Liqasında "Ayaks"ı səfərdə 3-0 hesabı ilə məğlub etməsindən sonra iddialar artıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qələbə sabiq "Qalatasaray"lı, hazırda şərhçilk edən Həsən Şaşı da böyük hədəfə doğru ümidləndiirb.

Həsən Şaş "sporON YouTube kanalına açıqlamasında "Qalatasaray"ın ilk 8-likdə yer alacağına inandığını deyib: "Biz bir yola başladıq. Düşünmürəm ki, bu yoldan geridönüş olsun: ilk 8-liyin ardınca qaçmalıyıq. Bura qədər gəlmişik və indi azarkeşlər də bizə qoşulublar. Çempionlar Liqasında əgər "Brügge" "Barselona"ya üç qol vurur, PSJ çöküşdədirsə, niyə hədəfimiz yüksəlməməlidir? 

Açıq demək lazımdır ki, "Qalatasaray"ın orada dörd komandadan başqa məğlub edə bilməyəcəyi bir komanda yoxdur. Əlbəttə ki, çox yaxşı komandalar var, amma "Bavariya", "Arsenal", "Real Madrid" və "Barselona"dan başqa mənə elə gəlir ki, məğlub edə bilməyəcəyiniz bir komanda yoxdur. Əslində, daha ürəkli oynansa, bu komandalarla da baş gəlmək olar. "Qalatasaray" "Liverpul"a qalib gəldimi, gəldi. O "Liverpul" da "Real" uddumu, uddu. Demək ki, məğlubedilməz komanda  yoxdur. "Qalatasaray" artıq bizi böyük xəayaa doğru aparır. Niyə də olmasın ki?"

Fərid ASLAN

MİA.AZ

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
67
mia.az

1Источники