RU

Britaniya Kralı III Çarlzın qardaşı “Şahzadə” titulundan məhrum edildi

Böyük Britaniya Kralı III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor rəsmi olaraq “Şahzadə” titulundan məhrum edilib.

AzPost -un məlumatına görə, bu barədə “The Gazette” qəzet bildirıb.

Noyabrın 3-də kral Endryu Mauntbatten-Vindzorun artıq “Əlahəzrət” və “Şahzadə” rəsmi titullarından istifadə etmək hüququ olmadığını elan edib.

Şahzadə Endryu 2019-cu ildə Epşteyn məsələsinin yaratdığı qalmaqaldan sonra kral ailəsinin üzvü kimi rəsmi vəzifələrindən istefa verməyə məcbur olub. Amerikalı Virciniya Cuffre onu 17 yaşında ikən cinsi əlaqəyə girməyə məcbur edilən kişilər arasında olmaqda ittiham edib.

Şahzadə uzun müddətdir ki, iddiaları rədd edib, lakin Cuffre ABŞ-da ona qarşı məhkəmə iddiası qaldıranda məhkəmədən kənar razılığa gəlib və ona əhəmiyyətli dərəcədə kompensasiya ödəyib.

2022-ci ildə şahzadə fəxri hərbi titullarından və bir neçə ictimai təşkilatın himayədarı rolundan məhrum edilib.

AzPost.az

Избранный
62
azpost.info

1Источники