FIFA 2025-ci ilin yekunlarına əsasən ən yaxşı futbolçu və ən yaxşı məşqçi mükafatlarına namizədlərin siyahısını açıqlayıb.
Arena.az xəbər verir ki, siyahını qurumun mətbuat xidməti yayıb.
Namizədlər siyahısına 11 futbolçunun – Usman Dembele, Əşrəf Hakimi, Nuno Mendes, Vitinya (hamısı PSJ, Fransa), Harri Keyn (“Bayern”, Almaniya), Kilian Mbappe (“Real”, İspaniya), Koul Palmer (“Çelsi”, İngiltərə), Pedri, Rafinya, Lamin Yamal (hamısı “Barselona”, İspaniya) və Məhəmməd Salahın (“Liverpul”, İngiltərə) adları daxil edilib.
Qeyd edək ki, ötən il mükafatı “Real”ın braziliyalı hücumçusu Vinisius qazanmışdı.

Ən yaxşı məşqçi adına isə 7 namizəd var: Xavyer Aqirre (Meksika millisi), Mikel Arteta (“Arsenal”), Luis Enrike (PSJ), Hansi Flik (“Barselona”), Entso Mareska (“Çelsi”), Roberto Martines (Portuqaliya millisi), Arne Slot (“Liverpul”).
Xatırladaq ki, ötən il ən yaxşı məşqçi mükafatına Karlo Ançelotti layiq görülmüşdü.
FIFA 2025-ci ilin qalilərini açıqlayacağı dəqiq tarixi hələ müəyyənləşdirməyib. Amma böyük ehtimalla bu, 2025-ci ilin dekabr və ya 2026-cı ilin yanvar ayına təsadüf edəcək.


