RU

Şəhid polkovnikin xanımı təltif edildi - FOTO

ZƏFƏR şəhid ailələrinə dəstək ictimai birliyinin sədri, şəhid polkovnik Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova Zəfər Gününün 5-ci ildönümü ərəfəsində Ombdsman təsisatının yubiley medalına layiq görülüb.

Modern.az-ın məlumatına görə, yubiley medalını Sevinc Orucovaya Ombdsman Səbinə Əliyeva şəxsən özü  təqdim edib.

Sevinc Orucova yubiley medalına təltif edildiyinə görə Ombdsmana təşəkkürünü bildirib:

“Ombudsman hörmətli Səbinə xanım tərəfindən Ombudsman təsisatının yubiley medalına layiq görüldüm.Bu təltif İctimai sahədə fəaliyyətimizə və daşıdığımız missiyamıza verilən dəyərdir. Daim bizlərə dəstək göstərdiyiniz üçün təşəkkür edirik,əziz Səbinə xanım”.

Избранный
7
2
modern.az

3Источники