RU

İspaniya nəhəngi Martin Ödeqard üçün hərəkətə keçir

İspaniyanın nəhəng klubu “Barselona” növbəti mövsüm üçün transfer planlarını müəyyənləşdirib və əsas hədəf kimi “Arsenal”ın kapitanı Martin Ödeqardı görür.

Fanat.Az xəbər verir ki, baş məşqçi Hansi Flik rəhbərliyə norveçli yarımmüdafiəçinin oyun tərzindən çox razı qaldığını bildirib və onun transferini prioritet hədəf kimi təqdim edib.

Kataloniya klubu yaxın günlərdə 80 milyon avro dəyərində rəsmi təkliflə “Arsenal”ın qapısını döyməyə hazırlaşır.

Lakin London təmsilçisinin baş məşqçisi Mikel Arteta norveçli futbolçunun komanda üçün vacib fiqur olduğunu düşünür və onu satmaq niyyətində deyil.

Ödeqard bu mövsüm “Arsenal” formasında bütün turnirlərdə 7 oyuna çıxıb, 2 assistlə yadda qalıb.

Kamil Xudiyev

Избранный
63
1
fanat.az

2Источники