Zirzəmisindən tavanınadək uçub tökülür. 86 yaşlı məktəbin istinad divarları da dəlik-deşik və çatlarla doludur. Həyətində isə qalaq-qalaq məişt tullantıları toplanıb.
Xezerxeber.az xəbər verir ki, bu görüntülər Abşeronun Digah qəsəbəsindəki Səxavət Məmmədov adına orta məktəbin həyətindəndir.
Dərs saatına uyğun vaxtda tədris ocağının həyətindəki mənzərə ilə tanış olduq. Ətrafda yaşayanlardan öyrəndik ki, bu mnəktəb vaxtilə qəsəbənin ən səliqəli təhsil ocağı olsa da, son illərdə baxımsız vəziyyətdədir.
Elə məktəbin şagirdləri də deyilənləri təsdiqlədilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.