RU

ABŞAvropanı Rusiya qazından tez bir zamanda imtina etməyə çağırdı

BAKI, 6 noyabr. TELEQRAF

ABŞ rəsmiləri Avropa ölkələrini regional boru kəmərləri şəbəkələrini şaxələndirməyə, Amerikadan mayeləşdirilmiş təbii qaz alışını artırmağa və Rusiya qazından mərhələli şəkildə imtina etməyə çağırıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

ABŞ-ın energetika naziri Kris Rayt və daxili işlər naziri Daq Burqum Yunanıstanda Aİ-nin enerji nazirləri və qaz şirkətlərinin yüksək səviyyəli rəhbərləri ilə danışıqlar aparıblar.

"Yalnız Birləşmiş Ştatlar Avropada Rusiya qazını əvəz edə bilər" deyən Burqum qeyd edib.

Burqum həmçinin Avropanın iqlim qaydalarını tənqid edərək, onların enerji tərəfdaşlıqlarının inkişafına mane ola biləcəyini iddia edib.

Избранный
44
2
teleqraf.com

3Источники