Türkiyəli məşhur müğənni İrem Derici Niderlandda hücuma məruz qalıb. Ajans.azxəbər verir ki, bu barədə türkiyəli məşhur sosial şəbəkə hesabında yazıb. İrem Derici qeyd edib ki, "Ayaks"-"Qalatasaray" matçını izləmək üçün sevgilisi Melih Kunukçu ilə Niderlandda getsə də, arzusunu reallaşdıra bilməyib. Yerli fanatların hücumuna məruz qalan müğənni polis əməkdaşlarının tövsiyəsi ilə hotel otağında qalmalı olub. Müğənni deyib ki, matçı izləyə bilmədiyi üçün üzülsə də, komandasının rəqibi üzərində qazandığı parlaq qələbə ona hədsiz sevinc bəxş edib. İnsident zamanı cütlük yüngül xəsarət alıb.