RU

Kubada Zəfər Günü münasibətilə konsert təşkil olunub

Yazını böyüt
Yazını kiçilt

Noyabrın 5-də Azərbaycan Respublikasının Kubadakı səfirliyinin təşkilatçılığı ilə Havana şəhərində 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfər Gününün qeyd edilməsi münasibətilə Azərbaycan milli musiqi nümunələrindən ibarət konsert proqramı keçirilib.

Səfirlikdən hafta.az-a verilən məlumata görə, tədbirdə Kuba XİN-in, diplomatik korpusun və media nümayəndələri, o cümlədən yerli ictimaiyyətin üzvləri iştirak edib.

Tədbirdə çıxış edən ölkəmizin Kubadakı səfiri Ruslan Rzayev bu il ölkəmizdə Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinin, eləcə də Vətən müharibəsindəki tarixi Qələbənin 5-ci ildönümün qeyd edildiyini və bu əlamətdar günlərlə əlaqədar olaraq 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunduğunu bildirib.

R.Rzayev Azərbaycanın bölgədə sülh gündəliyini təşviq etdiyini, bu ilin avqust ayında Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin Cənubi Qafqaz regionunda davamlı sülhün və əməkdaşlıq ruhunun bərqərar olmasına mühüm zəmin yaratdığını qeyd edib.

Sonra müasir və xalq üslubunu özünəməxsus şəkildə birləşdirən tar ifaçısı İbrahim Babayev və onun qrupunun, Pərviz Məmmədov (piano) və Vəfadar Ramiz (ritm alətləri) ifasında Azərbaycan milli musiqiləri, o cümlədən Kuba musiqi nümunəsi səslənib.

Tamaşaçıların və yerli ictimaiyyətin böyük marağına səbəb olan konsert proqramında çıxışlar sürəkli alqışlarla qarşılanıb.

 

 

Избранный
15
5
hafta.az

6Источники