RU

Kallas Aİ ölkələrindən şikayətləndi: Yunanıstandan başqa heç kim bunu etmir

BAKI, 6 noyabr. TELEQRAF

Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Kaya Kallas bir sıra Aİ ölkələrinin ortaq müdafiəyə kifayət qədər investisiya qoymamasından təəssüfləndiyini və müdafiə sənayesini inkişaf etdirməyin vacibliyini bildirib.

Teleqraf xəbər verir ki, Kallas bu barədə Kallas Afinada Yunanıstan Baş naziri Kiriakos Mitsotakislə görüşündə danışıb.

O qeyd edib ki, Aİ-nin öz müdafiəsini gücləndirməsi çox vacibdir.

“Yunanıstan kifayət qədər uzun müddətdir ÜDM-inin 2 faizini müdafiəyə xərcləyir, amma təəssüf ki, bütün Aİ ölkələri bunu etmir. Buna görə də kollektiv səviyyədə daha çox iş görməliyik ki, potensial çatışmazlığı aradan qaldıraq. Müdafiəyə investisiyaları artırmaq, öz müdafiə sənayesini inkişaf etdirmək və Ukraynaya dəstəyi gücləndirmək lazımdır. Mən həmişə deyirəm ki, müdafiə rifahın alternativi deyil, əksinə, onun zəruri şərtidir”, - Avropa İttifaqının baş diplomatı vurğulayıb.

Избранный
26
teleqraf.com

1Источники