RU

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri və üzvü Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Missiya.Az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, cənab Prezident.

Zəfər Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf və qürur duyur, ölkənizin davamlı tərəqqisi və rifahı naminə ən səmimi arzularımı yetirirəm.

Bu əlamətdar gün Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıyır, milli məqsədlərinizə çatmaq yolunda nümayiş etdirilən gücü, əzmkarlığı və birliyi bir daha yada salır.

Ölkənizin inkişafını və uğurlarını, eləcə də regionda sabitliyin və rifahın qorunması naminə göstərdiyiniz səyləri xüsusi diqqətlə izləyirik.

Əminəm ki, Serbska Respublikası, Bosniya və Herseqovina və Azərbaycan xalqları arasında dostluq münasibətləri ortaq mənafeyimizə uyğun olaraq qarşılıqlı anlaşma və hörmət ruhunda bundan sonra da inkişaf edəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə cansağlığı və uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".

Bundan başqa, Rəyasət Heyətinin Sədri Jelko Komşiç də İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Zəfər Gününün beşinci ildönümü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına Bosniya və Herseqovinanın vətəndaşları adından və şəxsən öz adımdan təbriklərimi çatdırıram.

Bu əlamətdar bayram Azərbaycan xalqının milli məqsədlərinə çatmaq, ölkənin suverenliyini, ərazi bütövlüyünü təmin etmək yolunda cəsarətinin, qətiyyətinin və birliyinin rəmzidir.

Bosniya və Herseqovina ölkələrimizin inkişaf etdirdiyi dostluq münasibətlərinə və əməkdaşlığına dəyər verir. İkitərəfli əlaqələrin xalqlarımızın rifahı naminə qarşılıqlı hörmət və anlaşma əsasında daha da inkişaf edəcəyinə inanıram.

Sizə bir daha səmimi təbriklərimi çatdırır, dərin ehtiramımı ifadə edir, Azərbaycan Respublikasına və onun xalqına isə sülh, tərəqqi və rifah arzulayıram".

Избранный
9
5
missiya.az

10Источники