RU

“Azərbaycan NATO əlaqələrinin güclənməsi bölgədə sülhə xidmət edəcək”

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan ilə NATO arasında əlaqələr hələ ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayıb və bu əlaqələr möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə daha geniş şəkildə davam etdirilir".

Bunu Redaktor.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik Elşad İsayev Azərbaycan Prezidenti İlham Əliyevin NATO nümayəndə heyəti ilə bugünkü görüşünü şərh edərkən bildirdi.

O, qeyd etdi ki, Azərbaycan əsgərlərinin və Silahlı Qüvvələrinin NATO-nun Əfqanıstanda keçirdiyi əməliyyatlarda iştirakı hamımızın yadındadır:

"Azərbaycan Ordusu həmin dövrdə Türkiyə Ordusunun tərkibində fəaliyyət göstərib və üzərinə düşən bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirib. Bundan əlavə, “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində də Azərbaycanın NATO ilə fəal iştirakı göz qabağındadır. Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində bu qurumun ən güclü ordularından olan Türkiyə Ordusu ilə əlaqələr davam etdirilir. Bu gün Azərbaycan Ordusunun inkişafı Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə NATO standartlarına uyğun şəkildə uğurla davam etdirilir".

Elşad İsayevin sözlərinə görə, hazırda Azərbaycan-Ermənistan münasibətləri fonunda da müxtəlif istiqamətlər üzrə əməkdaşlıq davam etdirilir:

"Güman edirəm ki, məhz bu istiqamətdə NATO ilə əlaqələrin gücləndirilməsi olduqca vacibdir. Çünki Cənubi Qafqazda Amerika Birləşmiş Ştatları, eləcə də NATO və onu təmsil edən ölkələr sülhün tərəfdarıdırlar. Bu istiqamətdə böyük layihələrin hazırlanması nəzərdə tutulur. Ona görə də hesab edirəm ki, Azərbaycan-NATO əlaqələrinin daha da güclənməsi bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcək".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
redaktor.az

2Источники