RU

Cəbrayıl rayonu ərazisinə 7 baş ceyran buraxılıb

AzVision.az xəbər verir ki, bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəyi ilə 2010-cu ildən həyata keçirilən “Azərbaycan Respublikasında ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpası” layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə növbəti reintroduksiya tədbiri həyata keçirilib.



“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə Şirvan Milli Parkından götürülən 7 baş ceyran Cəbrayıl rayonu ərazisində öz tarixi arealına buraxılıb”.

Xidmət rəsmisinin sözlərinə görə, “Azərbaycan Respublikasında ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpası” layihəsi çərçivəsində bugünədək ümumilikdə 424 baş ceyran tarixən yaşadıqları təbii areallara reintroduksiya olunub.

AzVision.az

Избранный
9
14
azvision.az

10Источники