RU

Bakıda homoseksuallar niyə öldürülür?: Cəmiyyət , din, təbliğat,…

Bakıda cinsi azlıq nümayəndələrinin öldürülməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlirik.

Bu gün də əmi qardaşı oğlunu qətlə yetirməsi ilə bağlı növbəti xəbər ictimaiyyətə çatdırıldı.

Məlumatlarda deyilir ki, hadisə ötən gecə saatlarında Nizami küçəsində baş verib.

Belə ki, 2006-cı il təvəllüdlü Yasin İbadova kəsici-deşici alətlə xəsarət yetirilirək öldürülüb.

Hadisəni törətməkdə şübhəli şəxs qismində mərhumun əmisi 1987-ci il təvəllüdlü Babək İbadov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Bir neçə il əvvəl (2022-ci il) Sabunçu rayonunun Balaxanı qəsəbəsində buna bənzər qətl hadisəsi qeydə alınmışdı. O vaxt da cinsi azlıq nümayəndəsi, blogger Əvəz Şıxməmmədov qətlə yetirilmişdi. Onu da əmisi oğlu, 24 yaşlı Əmrulla Güləliyev qəsdən öldürmüşdü.

Təəssüf ki, son illər nəinki dünyada, eləcə də bizim ölkədə homoseksualların, o cümlədən, transların sayı artıb. Uzun illər boyu kölgədə qalmış geylər, lesbiyanlar, biseksuallar, transeksuallar və digər cinsi azlıqlar bu gün qabaqcıl Qərb ölkələrində az qala gücə çevirilirlər.

Amma müsəlman ölkələrində durum fərqlidir.

Homoseksuallıqla məşğul olmaq İslam dini baxımından qadağandır.Çünki, “Quran”da öz cinsindən olan biri ilə əlaqəyə girdiyinə görə və müxtəlif günahlar səbəbiylə Allahın qəzəbinə tuş gəlib məhv edilən Lut qövmündən bəhs edilir.

Belə ki, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə bu zümrəyə mənfi münasibət öz əksini tapıb. Quranda bildirilir ki, Lut peyğəmbərin (ə. s.) xalqının homoseksuallıqla məşğul olduğu bildirilib və bu, iyrənc bir iş adlandırılıb (Əraf, 7/80-81). Lut peyğəmbər uzun müddət öz camaatını belə bir iyrənc əməllə məşğul olmamağa çağırsa da, onlar onun sözünə qulaq asmayıb işlərinə davam ediblər. Belə olduqda Allah Təala onların üstünə daş yağdıraraq yaşadıqları şəhəri alt-üst edib (Hud, 11/82).

Cəmiyyətimizdə onlara tolerant yanaşmaqla bağlı təbliğat aparılsa da, homoseksualların çox vaxt qatilləri öz yaxınları olur.

Amma Quranda “qulun qulu öldürməsi” qəbul edilmir. Din alimləri buyurur ki, insan günahkar olsa belə, onu öldürmək ən böyük günahlardan biridir.

Əntiqə Rəşid

Избранный
46
nocomment.az

1Источники