
Rusiya Ukraynanın Dnepropetrovsk vilayətindəki kömür mədənlərinə yenidən zərbə endirib. Nəticədə səkkiz mədəndə elektrik enerijisi kəsilib.
Reyting.az Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bunuEnergetika naziri Svetlana Qrinçuk bildirib.
Nazir deyib ki, Rusiyanın hücumu zamanı 2595 mədənçi yeraltında olub.
Onun sözlərinə görə, hücum nəticəsində itki və ya xəsarət alanlar barədə ilkin məlumat yoxdur. Xilasedicilər və mədən işçiləri insanların təxliyəsini tez bir zamanda təşkil ediblər.
V. QULİYEV