RU

Bərdə rayonunun Alpoud kənd tam orta məktəbində müasir təhsil mühiti yaradılıb

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycanda təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində layihələr ardıcıl şəkildə həyata keçirilir. Yeni və əsaslı şəkildə yenidən qurulan məktəblər şagirdlər üçün rahat, təhlükəsiz və müasir təhsil şəraiti yaradır.

AZƏRTAC xəbər verir ki, Bərdə rayonunun Alpoud kənd tam orta məktəbinin yeni inşa olunan 264 şagird yerlik binası da bu istiqamətdə görülən işlərin davamıdır. Layihənin icrası nəticəsində kənddə müasir, təhlükəsiz və standartlara uyğun təhsil mühiti formalaşdırılıb.

Layihə çərçivəsində zəruri infrastruktur tam yenilənib və müasir standartlara uyğunlaşdırılıb. Tədris prosesinin yüksək səviyyədə təşkili üçün məktəbdə 11 sinif otağı, məktəbəhazırlıq otağı, 2 laboratoriya, 2 əmək otağı, informatika və çağırışaqədərki hazırlıq kabinetləri, həmçinin kitabxana və oxu zalı fəaliyyət göstərir.

Şagirdlərin inkişafına yönəlmiş infrastruktur çərçivəsində yeməkxana, akt və idman zalı da istifadəyə verilib. Məktəbin bütün otaqları müasir avadanlıqla təmin olunub, tədris və təhlükəsizlik standartlarına uyğun mühəndis-kommunikasiya sistemləri quraşdırılıb.

Məktəbin həyətyanı sahəsində abadlıq işləri görülüb, idman meydançaları və yaşıllıq əraziləri salınıb. Layihənin icrasının əsas məqsədi Alpoud kəndində təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin müasir şəraitdə təhsil alması və müəllim heyətinin daha səmərəli fəaliyyətidir.

 

Избранный
7
5
azertag.az

6Источники