RU

Avropa İttifaqından Naxçıvanla bağlı açıqlama

BAKI, 6 noyabr. TELEQRAF

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Bakıda yüksək səviyyəli məsləhətləşmələr aparıb.

Teleqraf xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

Aİ rəsmisi Bakıda Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev, prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

O bildirib ki, görüş zamanı Ermənistan-Azərbaycan sülh gündəliyi müzakirə olunub.

“Aİ Vaşinqton görüşündən sonra yaranmış sürəti saxlamaq üçün Azərbaycan və Ermənistanla işləməyə qətiyyətlə sadiqdir ki, sülhün faydaları regionda hiss olunsun. Danışıqlar zamanı əsas müzakirə mövzusu Naxçıvan olub, həmçinin kommunikasiyalar, regional əməkdaşlıq, humanitar məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - Maqdalena Qrono vurğulayıb.

Избранный
66
teleqraf.com

1Источники