RU

2025-ci ilin ən diqqətçəkən sözü bəlli oldu

Böyük Britaniyada yerləşən “Collins Dictionary” şirkəti 2025-ci ilin ən diqqətçəkən sözünü açıqlayıb.

Publika.az xəbər verir ki, şirkət “ilin sözü” kimi texnologiya dünyasında sürətlə yayılan “vibe coding” ifadəsini seçib.

“Vibe coding” - təbii dili kompüter koduna çevirən yeni nəsil proqram təminatının hazırlanma üsuludur. Bu anlayış ilk dəfə “Tesla”nın süni intellekt üzrə keçmiş direktoru və “OpenAI” şirkətinin qurucu mühəndislərindən biri Andrey Karpati tərəfindən irəli sürülüb.

Bundan əlavə, lüğət şirkəti 2025-ci ildə diqqət çəkən digər ifadələri də açıqlayıb. Onların sırasında “Biohacking”, “Clanker”, “Glaze”, “Aura farming”, “HENRY” və “Micro-retirement” kimi terminlər yer alıb.

Избранный
46
publika.az

1Источники