RU

De Rossi yenidən məşqçiliyə qayıtdı

İtaliyalı mütəxəssis Daniele De Rossi yenidən məşqçiliyə qayıdıb.

90deqiqe.Az-ın məlumatına görə,  “Cenoa” klubu baş məşqçi postuna 42 yaşlı çalışdırıcını gətirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub hələlik De Rossi ilə imzalanan müqavilənin müddətini açıqlamayıb. Bildirilib ki, mütəxəssis artıq komandası ilə görüşüb və bu gün ilk məşqini keçib.

Cümə günü 42 yaşlı De Rossi mətbuat konfransında jurnalistlərə təqdim ediləcək.

Hazırda “Cenoa” A Seriyasının turnir cədvəlində 10 turdan sonra 18-ci pillədə qərarlaşıb. Komanda növbəti oyununu noyabrın 9-da, öz meydanında “Fiorentina”ya qarşı keçirəcək.

Qeyd edək ki, De Rossi son dəfə “Roma”nı çalışdırıb və bu postdan 2024-cü ilin sentyabrında ayrılıb.

Избранный
59
90deqiqe.az

1Источники