RU

İngiltərə Bankı faizləri sabit saxladı – Bazar nə düşünür?

İngiltərə Bankı cümə axşamı faiz dərəcələrini dəyişməz saxlayıb. Qərar son dövrlərdə inflyasiyanın zəifləməsinə dair siqnallar fonunda verilən gərgin səsvermənin nəticəsi olub. Bu qərar funt sterlinqin gün ərzindəki maksimum səviyyədən enməsinə, eyni zamanda Böyük Britaniya hökumət istiqrazlarının qiymətlərinin artmasına səbəb olub.

Banker.az “PAŞA Kapital İnvestisya Şirkəti”nin platformasındakı məlumatlara əsaslanaraq xəbər verir ki, funt sterlinq günün sonunda 0,15% bahalaşaraq 1,30725 dollar olub (qərardan öncə 1,30925 dollar idi). Avroya qarşı isə bir qədər zəifləyib — 1 avro 88,16 pens təşkil edib (əvvəl 87,98 pens idi).

Böyük Britaniya hökumət istiqrazlarının gəlirliliyi azalıb. Məsələn, 2 illik istiqrazların gəliri 3,776% olub (gün ərzində 3,2 baza bəndi, əvvəlki 3,802%-dən aşağı). Blue-chip FTSE-100 indeksi isə günün itkisini bir qədər azaltsa da, 0,1% aşağı qalıb.

“Bu gün faizlərin sabit saxlanması doğru qərardır, çünki inflyasiya hələ də 2%-lik hədəfdən təxminən iki dəfə yüksəkdir. Büdcə müzakirələri başa çatdıqdan və əlavə əmək bazarı və inflyasiya məlumatları əldə edildikdən sonra BoE dekabrda yumşaldıcı addımın zəruri olub-olmadığını daha dəqiq qiymətləndirə biləcək”- deyə, “Schroders”dan olan baş iqtisadçı Corc Braun qeyd yazıb.

“O, ehtiyatlı siyasətin davam etməsinin vacib olduğunu deyir, çünki yüksək maaş artımı və zəif məhsuldarlıq inflyasiyanın qalıcılaşması riskini yaradır. Lakin maliyyə naziri büdcə sərtliyi hesabına 20 milyard funt sterlinqlik əlavə maliyyə manevr məkanı yaratmağı planlaşdırırsa və enerji haqlarına vergi endirimi nəzərdə tutulursa, bu tədbirlər növbəti il Banka bir neçə dəfə faiz endirimi üçün imkan aça bilər” – deyə, Corc Braun əlavə edib.

Monrealda mənzillənən “BCA Research”dan olan baş strateq Matye Savari İngiltərə Bankı ‘yumşaq gözləmə’ mövqeyi seçdiyini deyir. O bildirir ki, Pul Siyasəti Komitəsi (MPC) tələsmir və Xəzinədarlığın payız bəyanatını gözləyir. “Amma əmək bazarı aydın şəkildə zəifləyir və maaş inflyasiyası Komitənin yayda gözlədiyindən daha sürətlə azalır. Maliyyə sərtləşməsi ərəfəsində dekabrda faiz endirimi bizim əsas ssenarimiz olaraq qalır. Biz istiqrazlarda uzun mövqedəyik” ($1 = 0,7451 funt sterlinq)

 

Избранный
25
banker.az

1Источники