RU

Azərbaycanın media nümayəndələrinin Özbəkistana səfəri çərçivəsində Xarəzm vilayətinə mediatur təşkil olunub

Bakı, 6 noyabr, AZƏRTAC

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi” çərçivəsində noyabrın 4-dən Azərbaycanın media nümayəndələrinin Özbəkistana səfəri təşkil edilib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində jurnalistlər üçün Xarəzm vilayətinə müdiatur olub. Onlar vilayətin Xivə və Ürgənc şəhərlərində bir sıra mədəni, təhsil və sənaye müəssisələrini ziyarət ediblər.

Mediaturun ilk günü Xivə şəhərində yerləşən “Arda Khiva” turizm kompleksi və “Nurullaboy” saray kompleksi ilə tanışlıq olub. Burada media nümayəndələrinə turizm infrastrukturunun inkişafı, regionun müasir turizm strategiyası və tarixi abidələrin bərpası barədə məlumat verilib. Həmçinin Özbəkistanın ilk fotoqrafı Xudoyberqan Devonovun irsini əks etdirən sərgiyə baxış keçirilib.

İkinci gün “İçan-Qala” Dövlət Muzey-Qoruğuna səfərlə başlayıb. Jurnalistlər UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş bu tarixi məkanda Xivənin memarlıq irsinin və abidələrinin qorunması istiqamətində görülən işlərlə tanış olublar. Daha sonra media nümayəndələri Prezident Məktəbinə və Mamun Xorazm Akademiyasına baş çəkiblər. Burada tədris prosesi, elmi fəaliyyət və gənclərin inkişafına yönəlmiş layihələr barədə məlumat verilib. Günün sonunda Xivə xalça fabrikinə səfər təşkil edilib, istehsal prosesi və məhsulların ixrac imkanları ilə tanışlıq olub.

Mediaturun üçüncü günü media nümayəndələri “Khiva Teks” tekstil fabriki, “Tillo Domor” süd məhsulları müəssisəsi və Ürgənc şəhərindəki “RANCH” Texnologiya Universitetinin yeni kampusunu ziyarət ediblər. Bu müəssisələrdə sənaye və təhsil sahəsində tətbiq edilən müasir texnologiyalar və innovativ yanaşmalar barədə məlumat verilib.

Избранный
16
4
azertag.az

5Источники