RU

Doumen Çempionlar Liqasında debüt edən ən gənc futbolçu oldu


“Arsenal”ın yarımmüdafiəçisi Maks Doumen Çempionlar Liqasında oynayan ən gənc oyunçu olub.
Yeniavaz.com
xəbər verir ki, Doumen 15 yaş 308 günlük olarkən Çexiyanın “Slaviya Praqa”sına qarşı səfər matçında əvəzedici kimi meydana çıxıb.
Əvvəlki rekord 2020-ci il dekabrın 8-də Sankt-Peterburqun “Zenit”i ilə qrup mərhələsi matçında meydana çıxan 16 yaş 18 günlük alman hücumçu Yussuf Mukokoya məxsus olub. Mukokonun çıxış etdiyi Dortmund “Borussiya”sı səfərdə 2:1 hesabı ilə qalib gəlib.
“Slaviya Praqa” ilə qarşılaşma Doumenin bu mövsüm “Arsenal”ın əsas komandası ilə beşinci oyunu olub. “Arsenal” “Slaviya Praqa”nı 3:0 hesabı ilə məğlub edib.
Избранный
27
yeniavaz.com

1Источники