ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə ki, mövcud qanunvericilikdə fiziki şəxslərin mənzil kirayə verilməsindən əldə olunan gəlirdən 14 % verginin ödənilməsi nəzərdə tutulurdusa, yeni dəyişikliklərdə bu hədd 10 %-ə endirilir.
Kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 10 faiz dərəcə ilə vergini ödəyəcək və vergi uçotuna alınıb bəyannamə verəcək.
Dəyişiklik kirayə müqavilələrinin sayında artım yaradacaqmı? Kirayə bazarına necə təsir göstərəcək?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, bəzi şəxslər mənzillərini qeyri-leqal şəkildə kirayəyə verməyə çalışırlar:

“Bu məsələ çoxdan gündəmdə idi, təşəbbüskarlardan biri özüm olmuşam ki, bu faiz dərəcələri aşağı salınsın. Səbəb də odur ki, ölkəmizdə ümumi daşınmaz əmlak fondunun, xüsusilə Bakı, Sumqayıt və Gəncə kimi böyük şəhərlərdə təxminən 15–20 % həcmində olan mənzil və fərdi evlər icarəyə verilir.
Bu fondun böyük hissəsi təxminən 90-95 faizi rəsmi qaydada icarəyə verilsə də, icarə gəlirlərindən vergi ödəyənlərin sayı olduqca azdır, təxminən 5 % vətəndaş vergi ödəyicisidir. Qalan mənzil sahiblər isə vergidən yayınaraq, mənzillərini qeyri-leqal şəkildə kirayəyə verməyə çalışırlar."
Onun sözlərinə görə, verginin həcmi həddindən artıq çox olduğuna görə, “kölgə iqtisadiyyatı”nın böyük hissəsini də bu qeyri-leqal kirayə fəaliyyəti təşkil edir:
“Mən də bu vəziyyəti nəzərə alaraq, icarədən tutulan verginin 14 % azaldılmasını təklif etmişdim. Nəticə etibarilə gördüyümüz kimi, təklifimdən 2 il sonra bu qərar qəbul olundu. Mən həm ictimai şuranın üzvüyəm, həm də Azərbaycan Reantransasiyasında rəhbər şəxsəm. Yəni bu kimi təşəbbüs irəli sürülmüşdü və gec olsa da, nəticə əldə edildi.
Düzdür, vergi 10 faizdən daha aşağı, yəni 5–7 % səviyyəsinə düşsəydi, daha yaxşı olardı. Məsələn, əvvəllər hər 100 manatdan vətəndaş 14 manat vergi ödəməli idisə, indi isə hər 100 manatdan cəmi 10 manat ödənəcək”.
Ekspert qeyd edib ki, dəyişikliyin bazarda böyük dəyişikliyə səbəb olacağı real görünmür:
“Düşünmürəm ki, bu, bazarda böyük irəliləyişə səbəb olmayacaq, amma gələcəkdə hər hansı investorlar üçün, xüsusilə də böyük həcmdə investisiya yatıracaq şəxslər üçün daha əlverişli bir biznes mühitinə çevrilə bilər.
Məsələn, hazırda turizmin inkişafı istiqamətində “Sea Breeze” və “Ağ şəhər” layihələri var. Burada həm yerli, həm də xarici investorların cəlb olunmasında bu verginin azalması müsbət təsir göstərə bilər”.
Gülər
“Cebheinfo.az”
Açar sözlər:
kirayə mənzil müqavilə
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.