RU

Diabet xəstələrinin dərmanlarına 5 milyon ayrılacaq



"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi şəkərli diabetin müalicəsində istifadə olunan dərman vasitələrinin alınması ilə bağlı tenderə yekun vurub.



Medicina.az xəbər verir ki, ümumi dəyəri 4 milyon 865 min 118.76 manat olan satınalmanın qalibi "Avromed Company" QSC olub.

Mərkəz şirkətdən inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri satın alacaq.

Alınacaq preparatlar aşağıdakılardır:

"Semaqlutid" 1 mq/doza, 3 ml №1 (şpris qələm, dörd ədəd birdəfəlik iynələr) - 2 700 qutu;

"Semaqlutid" 0.25 mq və 0.5 mq/doza, 1.5 ml №1 (şpris qələm, altı ədəd birdəfəlik iynələr) - 160 qutu;

"İnsulin Deqludek" 100 BV/ml, 3 ml №5 ("Tresiba") - 10 200 qutu;

"Qlimepirid" 4 mq №30 - 120 000 qutu;

"Qlimepirid" 3 mq №30 - 75 000 qutu;

"Qlimepirid" 2 mq №30 - 32 000 qutu.


MEDİCİNA.AZ




Избранный
41
1
medicina.az

2Источники