RU

“Altıqat dəyər artımı: çeviklik və öyrənmə mədəniyyəti” – PashaPay-in CEO-su Samir Məmmədov Özbəkistan Fintex Forumunda eksklüziv podkasta qonaq olub (FOTO/VİDEO)

Bakı. Trend:

Özbəkistanda keçirilən Fintex və Bankçılıq Forumu 2025(FIBA2025) çərçivəsində PashaPay şirkətinin baş icraçı direktoruSamir Məmmədov şirkətin inkişaf mərhələləri, strateji istiqamətlərivə regionun fintex ekosisteminin gələcəyi barədə ekslüziv podkastmüsahibəsində fikirlərini bölüşüb.

Müsahibə zamanı Samir Məmmədov PashaPay-in üç il ərzində Milliönvə m10 məhsullarına investisiya olunmuş vəsaitin dəyərinin altıdəfə artmasına (x6 valuation) gətirib çıxaran əsas amillərdəndanışaraq qeyd edib ki, bu nəticələr çeviklik, inadkarlıq vəöyrənmək mədəniyyəti üzərində qurulub. Onun sözlərinə görə, buyanaşma şirkətin bütün komanda strukturlarında innovasiya vəadaptivlik ruhunu gücləndirib.

“Bizim nəticələrimiz çeviklik və öyrənmə dəyərləri üzərindəqurulmuş bir mədəniyyətin məhsuludur,” – deyə Samir Məmmədovvurğulayıb. “Belə yanaşma şirkətin bütün səviyyələrində innovativdüşüncə və dayanıqlığı formalaşdırır, rəqəmsal transformasiyamızdadavamlı irəliləyişi təmin edir.”

CEO həmçinin PASHA Holdinqin “Bir” ekosistemi daxilində həyatakeçirilən inteqrasiyaların müştəri təcrübəsini tam və fasiləsizşəkildə formalaşdırdığını bildirib:

“Biz hələ super-app istiqamətinə getmirik, amma diqqətimizisuper-inteqrasiyaya yönəltmişik – məqsədimiz ekosistem daxilindəinsanların həyatını daha rahat, asan və sərfəli etməkdir.”

Samir Məmmədov şirkətin korporativ mədəniyyətinə də toxunaraq,“PASHA Holding DNA” modelinin komanda ruhunu və çevik qərarverməqabiliyyətini gücləndirdiyini vurğulayıb.

Regional perspektivlərlə bağlı çıxışında o, Azərbaycan, Türkiyəvə Mərkəzi Asiya ölkələri arasında fintex əməkdaşlığının artanəhəmiyyətini qeyd edib:

“Bu əməkdaşlıq region üçün yeni iqtisadi inteqrasiyamərhələsinin əsasını qoyacaq. Biz bu prosesi dəstəkləyəninfrastruktur və mexanizmlərin qurulmasına töhfə verməkniyyətindəyik.”

Müsahibə Özbəkistan Fintex Assosiasiyasının rəsmiplatformalarında yayımlanıb və PashaPay-in regional rəqəmsalödənişlərdə aparıcı rolunu ön plana çəkib.

FIBA2025 çərçivəsində Samir Məmmədov həmçinin açılış nitqi iləçıxış edərək PashaPay-in üç illik inkişaf mərhələləri, Birekosistemi daxilində aparılan inteqrasiyalar və şirkətin gələcəkinkişaf planları barədə danışıb.

Bundan əlavə, o, “Sərhədsiz ödənişlər: rəqəmsal ödənişlər vəregional əməkdaşlıq imkanlarının genişləndirilməsi” adlı panelmüzakirəsində türkdilli ölkələrin fintex nümayəndələri ilə birlikdəregional fintex inteqrasiyası və sərhədlərarası əməkdaşlığın yeniistiqamətlərini dəyərləndirib.

Forumun yekununda PashaPay, rəqəmsal ödənişlər sahəsindəgöstərdiyi innovativ fəaliyyətə görə tədbirin təşkilatçılarıtərəfindən “Rəqəmsal ödənişlərdə mükəmməllik” (“Excellence inDigital Payments”) mükafatı ilə təltif olunub.

PashaPay haqqında

PashaPay Bir ekosistemin bir hissəsi olaraq, m10 rəqəmsal pulkisəsi və Milliön ödəniş terminalları vasitəsilə istifadəçilərəinnovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edənqabaqcıl fintex platformasıdır. Şirkət eyni zamanda, ölkədə nağdsızödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsindəinnovasiyaların genişlənməsini prioritet istiqamət kimimüəyyənləşdirib.

www.pashapay.az

“Altıqat
“Altıqat
“Altıqat
“Altıqat
Избранный
27
6
az.trend.az

7Источники