RU

Gürcü naziri Ukraynanı günahlandırdı – “Öz gözlərimizlə gördük…”

“Gürcüstanın Avropa İttifaqına inteqrasiya yolu namizəd statusu almaması üçün Ukraynanın mənfi münasibəti ilə müşayiət olunub”.

NOCOMMENT.az gürcü mediasına istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili iddia edib.

“Biz namizəd statusu almamışdan əvvəl 2022-2023-cü illərdə hansı kampaniyaların aparıldığını öz gözlərimizlə gördük və Ukraynanın bu sahəyə cəlb olunması bir neçə dəfə açıq-aşkar göründü, çünki onlar müxtəlif formada Gürcüstanın avrointeqrasiyasına qarşı çıxırdılar. Bu baş verirdi, gizli deyildi, hamımıza məlumdur”, – deyə nazir vurğulayıb.

O qeyd edib ki, Rusiyanın genişmiqyaslı təcavüzü başlayandan Gürcüstan həmişə Ukraynaya siyasi dəstəyini bəyan etmək üçün əlindən gələni edib.

Nazir Avropa Komissiyasının genişlənmə barədə hesabatında Gürcüstanın mənfi qiymətləndirilməsini də tənqid edərək bildirib ki, “Avropa Komissiyasının hesabatında gəlinən qənaətlər real faktları tamamilə təhrif edir”.

Boçorişvili ölkəsinin Rusiyaya qarşı sanksiyalar tətbiq etmək istəməməsinə haqq qazandırıb.

“Heç kim Rusiya ilə qarşıdurmaya girmək və əlavə təhlükəsizlik çağırışları yaratmaq istəmir. Bu, tamamilə təbiidir. Hökumətin ilkin vəzifəsi ölkə üçün təhdidlərdən qaçmaqdır. Bu, bizim məsuliyyətimizdir və əgər biz bunu edirsək, bunu qınaq doğurmamalıdır, bu, alqışlanmalıdır”, – gürcü nazir bildirib.

Xatirə SADİQ

Избранный
72
nocomment.az

1Источники