RU

DİN-in əməkdaşları Zəfər Günü ilə əlaqədar ağacəkmə kampaniyası keçiriblər

Daxili İşlər Nazirliyinin (DIN) əməkdaşları 8 Noyabr - Zəfər Günü ilə əlaqədar ağacəkmə kampaniyası keçiriblər. Bu barədə SİA-ya DİN-dən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Sabunçu rayonu ərazisində növbəti ağacəkmə kampaniyası keçirilib.

Əvvəlcə Ramana qəsəbəsində seçilmiş ərazidə abadlıq və təmizləmə işləri aparılıb. Sonra polis əməkdaşları və hərbi qulluqçular yerli iqlimə uyğunlaşdırılmış şam və zeytun tinglərini əkib, ağaclara aqrotexniki qaydada qulluq göstərib, suvarma işləri görüblər. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.

Избранный
19
2
sia.az

10Источники