ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Bakıda qətl törədilib.
Lent.az xəbər verir ki, hadisə Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.
2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov bıçaqlanaraq öldürülüb.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 1987-ci il təvəllüdlü Babək İbadov tutulub.
Qətlə yetirilən Yasin İbadovun cinsi azlıq olduğu bildirilir.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.