RU

Yeni transferdən "Qarabağ"la bağlı suala kəskin cavab: "Mövsümün sonu görəcəyik"

"Sabah"ın müdafiəçisi Timoteuş Puxaç Premyer Liqanın 10-cu turunda "Qəbələ"ni məğlub etdikləri (1:0) matçdan sonra Sportinfo.az-a müsahibə verib.

- "Qəbələ" autsayder olsa da, çətin qələbə qazandınız. Belə müqavimət gözləyirdin?

- "Qələbə" qələbədir. İstər çətin olsun, istərsə də asan. İstənilən halda oyunda qalib gəlmək üçün çalışmaq, səy göstərmək lazımdır. Kimə qarşı oynamağımızdan asılı olmayaraq. Bu oyunda da komanda olaraq mübarizə apardıq və bizim üçün vacib olan 3 xalı qazanmağı bacardıq.

- Qısa müddətdə əsas heyət üzvünə çevrilə bildin. Artıq son iki görüşdə məhsuldar ötürmə ilə yadda qalırsan. "Sabah"a belə sürətlə adaptasiya olmağının arxasında nə durur?

- Mən çox açıq fikirli insanam, bir çox klublarda olmuşam, mühitimi tez-tez dəyişmişəm və bu təcrübələr sayəsində adaptasiya olmaq mənim üçün daha asandır. Klubda çox gözəl insanlar var — futbolçular, məşqçilər və klubda çalışan bütün əməkdaşlar mənim özümü rahat hiss etməyimə kömək edirlər.

- Almaniya, Türkiyə, Yunanıstan, İngiltərə kimi futbol ölkələrində çıxış etmisən. Arxada qalan müddətdə Azərbaycan futbolunda səni təəccübləndirən, üzən nə olub?

- Buradakı vəziyyət məni qane edir. Hər hansı müqayisə aparmaq istəməzdim.

- "Qarabağ"la ehtiyatda olan oyunu nəzərə alsaq, "Sabah"a potensial lider də demək olar. Türkiyə çempionu olmusan, bəs Azərbaycan çempionu olmaq şanslarını necə görürsən?

- Hələ çempionatın əvvəlidir. Biz sadəcə, hər növbəti oyunumuza köklənirik. Mövsümün sonunda hansı mövqedə qərarlaşacağımızı görəcəyik.

XANOĞLAN İMANOV

Избранный
27
sportinfo.az

1Источники