Bakının mərkəzində qətl törədilib.
“Yeni Sabah” “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə noyabrın 5-i saat 01 radələrində Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun 1987-ci il təvəllüdlü əmisi Babək İbadov tutulub.
Onun əvvəllər məhkum edildiyi və qətli öncədən planlaşdırdığı məlum olub.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız