RU

Çexiyalı tələbə Yer kürəsi gözəli seçildi

Filippin paytaxtı Manilada keçirilən “Miss Earth 2025” beynəlxalq gözəllik müsabiqəsində Çexiyanı təmsil edən 21 yaşlı Natali Puşkinova (Natalie Puskinova) qalib elan olunub.

Marketinq və ictimaiyyətlə əlaqələr ixtisası üzrə təhsil alan gənc tələbə 81 ölkədən olan iştirakçını geridə qoyaraq ilin “Yer kürəsinin gözəli” (Miss Earth) tacını qazanıb.

Tacın sahibi olan Natali Puşkinova çıxışında gəncləri ekoloji məsələlərə daha ciddi yanaşmağa və həmrəylik göstərməyə çağırıb: “Dünya dəyişir və biz bu dəyişikliyə məsuliyyətlə yanaşmalıyıq. Mən ümid edirəm ki, bu platforma vasitəsilə daha çox insanı təbiətə qarşı sevgi və qayğıya sövq edə biləcəyik.”

Yarışmanın nəticələrinə əsasən, digər əsas titullar da təqdim edilib:

Filippində 24-cü dəfə təşkil olunan builki müsabiqə bir neçə mərhələdən ibarət olub. İştirakçılar “yaşıl layihələr” təqdim edib, təbiətin mühafizəsinə yönələn sosial təşəbbüslərini izah ediblər. Yarışın final mərhələsi isə möhtəşəm şou və milli geyim nümayişi ilə müşayiət olunub.

“Miss Earth” qalibləri adətən BMT-nin ekoloji proqramları və beynəlxalq iqlim təşəbbüslərində səfir kimi fəaliyyət göstərirlər.

"Cebheinfo.az"

Избранный
21
2
cebheinfo.az

3Источники