Bakı. Trend:
Noyabrın 6-da Dövlət İmtahan Mərkəzinin və Qarabağ DirçəlişFondunun birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbirkeçirilib.
Trend xəbərverir ki, Dövlət İmtahan Mərkəzində təşkil olunan tədbirdə Mərkəzinİdarə Heyətinin sədri Məleykə Abbaszadə, Qarabağ Dirçəliş Fondununİdarə Heyətinin sədri Rəhman Hacıyev, hər iki qurumunnümayəndələri, həmçinin DİM-in 44 günlük Vətən müharibəsinə qatılanəməkdaşları iştirak ediblər.
Əvvəlcə qonaqlar DİM-də yaradılmış və ölkəmizin milliqiymətləndirmə sisteminin tarixinə aid muzeylə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi ilə başlayıb. Sonra isə Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsibir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan DİM-in İdarə Heyətinin sədri MəleykəAbbaszadə qeyd edib ki, ikinci Qarabağ müharibəsində əldə edilənmöhtəşəm zəfər xalqımızın qürur mənbəyinə çevrilib. Bu tarixiqələbəni bizə yaşadan Ali Baş Komandan cənab Prezident İlhamƏliyevə, şəhidlərimizə, qazilərimizə, əsgər və zabitlərimizə,rəşadətli Azərbaycan ordusuna minnətdarıq. Ölkəmizdə şəhidailələrinə və qazilərə dövlət dəstəyi həmişə ön plandadır və onlardaim ölkə rəhbərinin diqqət mərkəzindədirlər. Bu sahədə Dövlətİmtahan Mərkəzi tərəfindən də müxtəlif işlər görülür. Buistiqamətdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsiilə əlaqədar şəhid olmuş şəxslərin ailə üzvlərinə və qazilərəmənəvi dəstək verilir, onların təhsilinə, gələcək karyeralarınınplanlaşdırılmasına və inkişafına əməli yardım göstərilir. Həmçininmüxtəlif əlillik dərəcəsinə malik olan qazilərə təhsil və karyeraistiqamətində irəliləmələri üçün dəstək göstərilməsi təmin edilir.İmtahanlara hazırlaşan şəhid övladlarına və qazilərə müəyyənvəsaitlər hədiyyə edilir və onların müxtəlif növ sınaqimtahanlarında ödənişsiz iştirakına şərait yaradılır. Bu vaxta kimiqazilər həmçinin ödənişsiz əsaslarla hazırlıq kurslarına cəlbolunurlar. Bu layihə çərçivəsində 22 qazi artıq ali və orta ixtisastəhsilinə qəbul olunub, 8 nəfər isə hazırda təhsilini davametdirmək üçün kurslara cəlb olunub. Bundan əlavə, şəhid övladlarıilə mütəmadi olaraq psixoloji dəstək, maarifləndirici təqdimatlar,erkən peşə seçimi istiqamətində görüşlər təşkil olunur. Bu illərərzində 781 şəhid övladı bu görüşlərdə iştirak edib, onlara 5554ədəd dərs vəsaiti, test toplusu və “Qiymətləndirmə tapşırıqları”kitabları hədiyyə olunub.
2025-ci ildən etibarən, şəhid övladlarının maraq və bacarıqlarınıdaha dərindən tanımaq məqsədilə hazırlanan “Peşə Seçimi” aləti dəməhz bu uşaqlara təqdim olunub. Bu prosesə artıq Bakı üzrə 53,regionlar üzrə isə 95 şəhid övladı cəlb olunub.
Sədr qəhrəman əsgər və zabitlərlə bütün Azərbaycanın fəxretdiyini, Dövlət İmtahan Mərkəzinin döyüşlərdə xüsusi fərqlənən birqrup əməkdaşının Azərbaycan Respublikası Prezidentinin müvafiqSərəncamları ilə medallarla təltif olunduğunu da diqqətə çatdırıb.Zəfər Günü ilə əlaqədar həmin əməkdaşlara birdəfəlik pulmükafatının ayrılması və təşəkkürnamə ilə təltif olunması haqqındaməlumat verib və onlara gələcək fəaliyyətlərində uğurlararzulayıb.
Sədr həmçinin işğaldan azad edilən ərazilərimizin bərpası,yenidən qurulması üçün cəmiyyətin hər bir üzvünün dəstəkgöstərməsinin vacibliyini vurğulayıb və qeyd edib ki,Qarabağınyaşıllaşdırılmasına dəstək vermək üçün Zəfər Günü münasibətiləmərkəzin hər bir əməkdaşının adından Qarabağ Dirçəliş Fonduna birağac ianə olunub.
Daha sonra çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətininsədri Rəhman Hacıyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdəyaşayış məskənlərinin, tikililərin, infrastruktunu bərpası iləyanaşı ekoloji tarazlığın bərpası da xüsusi əhəmiyyət kəsb edir. Bugünə qədər bir çox dövlət qurumlarının və şirkətlərin QarabağDirçəliş Fonduna ianə etdiyini diqqətə çatdıran İdarə Heyətininsədri bu mühüm təşəbbüsə qoşulduqları, Fonda ianə edərək Qarabağdaekoloji tarazlığın bərpasına töhfə verdikləri üçün Məleykə xanımAbbaszadə başda olmaqla Dövlət İmtahan Mərkəzinin kollektivinətəşəkkürünü bildirib, bu addımın Qarabağın dirçəlişi naminəhəmrəyliyimizin təzahürü olduğunu vurğulayıb.
Rəhman Hacıyev bu təşəbbüsün Qarabağda həyata keçirilən “yaşılenerji” və “yaşıl həyat” konsepsiyalarına dəstək olduğunuvurğulayıb və qeyd edib ki, belə addımlar həm dövlət, həm özəlsektor, həm də cəmiyyət nümayəndələrinin ortaq məsuliyyət vəhəmrəyliyini nümayiş etdirir.
Dövlət İmtahan Mərkəzi adından 8 Noyabr Zəfər Günü münasibətiləAzərbaycan xalqını təbrik edir, bu qələbəni bizə bəxş edənşəhidlərimizi hörmətlə anır, qazilərimizə cansağlığıarzulayırıq.
Zəfərin mübarək, Azərbaycan!