Misli Premyer Liqasının 11-ci turunda "İmişli"ni qəbul edəcək "Şamaxı"ının baş məşqçisi Ayxan Abbasovun neçə futbolçunun xidmətindən məhrum olduğu müəyyənləşib.
Bunu Fanat.Az-a açıqlamasında "aslanlar"ın sözçüsü Yusif Hüseynli deyib:
"Andrey Tirkaveanu zədə səbəbindən oynamayacaq. Abdullahi Şuaybu və Alfons Msanqa isə cəzalı olduqları üçün bu qarşılaşmanı kənardan izləyəcəklər".
Qeyd edək ki, "Şamaxı" - "İmişli" qarşılaşması noyabrın 7-də keçiriləcək. Matçın start fiti 13:44-də səsləndiriləcək.
Nihat