RU

“Sabah”ın sabiq baş məşqçisi Rusiyada ayın ən yaxşısı seçilib

Futbol üzrə Rusiya Premyer Liqasında oktyabr ayının ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.

İdman.Biz xəbər verir ki, bu barədə Rusiya Premyer Liqasının mətbuat xidməti məlumat yayıb.

Belə ki, oktyabr ayında Rusiyada ən yaxşı baş məşqçi adına “Sabah”ın sabiq baş məşqçisi, hazırda “Krasnodar”ı çalışdıran Murad Musayev layiq görülüb. Onun komandası oktyabr ayında çıxdığı üç matçın hər birində qələbə qazanıb.

Murad Musayevlə bərabər ayın ən yaxşı məşqçiləri siyahısında “Lokomotiv”in çalışdırıcısı Mixail Qalaktionov, Rusiya MOİK-nin (CSKA) baş məşqçisi Fabio Çelestini, “Zenit”in rəhbəri Serqey Semakın da adları olub.

Qeyd edək ki, “Krasnodar” Murad Musayevin rəhbərliyi altında Rusiya Premyer Liqasının 2024/2025 mövsümünün qalibi olub.

Xatırladaq ki, mütəxəssis 2021-2024-cü illərdə “Sabah”a baş məşqçilik edib.

İdman.Biz

Məqalədə:
Избранный
32
idman.biz

1Источники