RU

Hazardan Akdenize antologiyası Kapadokyada təqdim olunub

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Kapadokya Ədəbiyyat Festivalı çərçivəsində Nevşehir Hacı Bektaş Veli Universitetində, Camlı Köşk Diyanet Genç Ofis Bürosunda Azərbaycandan və Türkiyədən qadın yazarların şeirləri və hekayələrindən ibarət, yeni çapdan çıxmış "Hazardan Akdenize" antologiyasının təqdimat mərasimi keçirilib. 

Tədbirdə Nevşehir Hacı Bektaş Veli Universitetinin rektoru, professor Semih Aktekin, "Hece" dərgisinin qurucusu və imtiyaz sahibi Ömer Faruk Ergezen, antologiyanın redaktorları Ayşe Ay və Aysel Nəsirzadə, "Güfte Edebiyat" dergisinin imtiyaz sahibi Esra Kösem, eləcə də Türkiyə və Azərbaycandan olan şair və yazıçılar - Berrin Yüksel, Lamiyə Şirvanzadə, Osman Aytekin, Naime Erkovan, Mehmet Kahraman, Huriye Emre, Yavuz Selim Uğurlu, Feyza Kartopu, Veli Ay iştirak ediblər. Tədbir işirakçıları sırasında Fən-Ədəbiyyat Fakültəsi dekan köməkçisi, dosent Murat Gür, Çin Dili ve Edebiyatı Anabilim Dalı başqanı, dosent Sema Gökenç Gülez, Türk Dili ve Edebiyatı Bölümü doktorantura və magistratura tələbələri, "Mahalle Mektebi" dərgisinin baş redaktoru Ulvi Kubilay Dündar və Diyanet Genç Ofis təmsilcisi Duran Küçük də olublar.

Təqdimat redaktorların çıxışı ilə başlayıb, universitet rektorunun Azərbaycanla bağlı səmimi fikirləri və iki ölkə arasında ədəbi-mədəni bağların gücləndirilməsinin vacibliyindən bəhs edən nitqi ilə davam edib. Tədbirdə qeyd olunub ki, bu cür ortaq layihələr yalnız ədəbi mühitin deyil, Azərbaycan-Türkiyə dostluğunun da möhkəmlənməsinə xidmət edir. 

Ömer Faruk Ergezen çıxışında qadın yazarların son illərdə ədəbiyyatda artan fəallığını və məhsuldar fəaliyyətini sevindirici hal kimi dəyərləndirib. 

Tədbirdə xüsusi olaraq vurğulanıb ki, "Hazardan Akdenize" antologiyası təkcə bir nəşr deyil, iki qardaş xalqın ədəbiyyat körpüsüdür. Layihənin davamlı olması, həm Azərbaycanda, həm də Türkiyədə təqdimat və müzakirələrin keçirilməsi planlaşdırılır. Antologiyanın əsas məqsədi isə iki ölkənin yazarlarını ortaq bir platformada birləşdirməklə, onların yaradıcılığını qarşılıqlı tanıtmaq və ədəbi birlik ruhunu gücləndirməkdir.

Aysel NƏSİRZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
525.az

1Источники