RU

“Özünü ağıllı sayır” - Keçmiş müşaviri Makronu tənqid etdi

Fransanın tanınmış siyasi müşaviri və iş adamı Alain Mink Prezident Emmanuel Makronu kəskin tənqid edib. 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, uzun illər Makronun tərəfdarı olmuş Mink onu 1958-ci ildən formalaşan Beşinci Respublika dövründə “ən zəif prezident” adlandırıb.

Politico-ya müsahibəsində Mink bildirib ki, Makronun “narsisizmi və özünə həddindən artıq güvəni” ölkəni riskli qərarlara sürükləyib, nəticədə Fransa siyasi sisteminin sabitliyi zərbə alıb və ifrat sağ qüvvələrin 2027-ci il seçkiləri üçün güclənməsinə yol açılıb.

“Makron ölkəni hakimiyyətə gəldiyindən daha pis vəziyyətdə tərk edəcək. O, Fransada uzunmüddətli siyasi qeyri-sabitlik miras qoyur. Bu, bağışlanmazdır”, – Mink deyib.

76 yaşlı iş adamı Makronu 2017-ci il seçkilərindən öncə və prezidentliyin ilk illərində dəstəkləyib. Onların münasibətlərinin pisləşməsi isə Makronun son illərdəki qərarları ilə bağlı olub. Mink hesab edir ki, prezident özünü “hər problemi təkbaşına həll edə biləcək qədər ağıllı sayır”.

Seyranə QuliyevaMissiya.Az

Избранный
66
1
missiya.az

2Источники