RU

"Sabah"ın sabiq çalışdırıcısı Rusiyada mükafatlandırıldı

"Sabah" sabiq çalışdırıcısı, hazırda Rusiya təmsilçisi "Krasnodar"ın baş məşqçisi olan Murad Musayev Premyer Liqada növbəti dəfə ayın ən yaxşısı seçilib.

Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb. 

O, oktyabrın ən yaxşı baş məşqçisi seçilib.

"Krasnodar" oktyabrda Rusiya Premyer Liqasında üç qələbə qazanıb. Musayevin komandası "Axmat"ı 2:0, "Dinamo Mahaçqala"nı 2:0, "Rubin"i 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 14 oyunda 32 xal toplayan "Krasnodar" hazırda Rusiya Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. Komanda ikinci olan ÇSKA-dan 2 xal öndədir. 

Qeyd edək ki, 41 yaşlı mütəxəssis 2021-2024-cü illərdə "Sabah"ın baş məşqçisi olub. "Krasnodar" onun rəhbərliyi altında 2024/2025 mövsümündə tarixində ilk dəfə Rusiya çempionatının qalibi adını qazanıb.

Mirağa

Избранный
24
fanat.az

1Источники