RU

Kadinin bərpa prosesi 8–10 həftə çəkəcək

“Çelsi” ilə oyunda zədələnən “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesin son vəziyyəti bilinib.

“Qarabağ” klubundan verilən məlumata görə, oyundan dərhal sonra Kadi Borges müayinədən keçib.

Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

AzPost.az

Избранный
13
8
azpost.info

10Источники