RU

Kadi Borgesin durumu bəlli oldu uzun müddət oynamayacaq

Sportal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Qarabağ"ın “Çelsi” ilə oyunda zədələnən yarımmüdafiəçisi Kadi Borges oyundan dərhal sonra klubun tərəfdaşı olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.

Sportal.az xəbər verir ki, müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Həkimlərin ilkin proqnozuna görə, braziliyalı yarımmüdafiəçinin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

Qeyd edək ki, Kadi Borges bu mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 19 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
1
sportal.az

2Источники